Azad Rəhimov Dubaya gedib
Mart 22
10:36
2016
Gənclər və idman naziri Azad Rəhimov 23 martda keçiriləcək "3-cü İdman İctimaiyyəti Mükafatı”nın (Sport İndustry Awards) təqdimat mərasimində iştirak etmək üçün Dubaya gedib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo”ya verilən məlumata görə, 3-cü dəfə keçirilən ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə son 1 ildə idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim olunur.
Tədbirdə A. Rəhimovun Azərbaycan idmanında görülən işlərlə bağlı çıxışı nəzərdə tutulub. Nazir ölkəmizdə keçirilmiş I Avropa oyunları, Formula 1 Avropa Qrand Prisi, Şahmat Olimpiadasının, 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə UEFA Futbol üzrə Avropa Çempionatının 3 qrup və 1 yarımfinal oyunlarının Bakıda keçiriləcəyi haqda tədbir iştirakçılarına məlumat verəcək.
Qeyd edək ki, "3-cü İdman İctimaiyyəti Mükafatı” uğrunda mübarizədə bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olub.
Qlobal.az