AZAL-ın Gürcüstan bazarındakı payı açıqlanıb
Yanvar 17
01:15
2024
"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ildə Gürcüstan bazarında sərnişin axınına görə ilk beş şirkətə daxil olub.
"Report” "News Georgia” nəşrinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan aviaşirkəti 324 044 sərnişin daşıyıb.
Bazarda mütləq lider Macarıstanın "Wizz Air” şirkətidir, onun ardınca "Türk Hava Yolları” əhəmiyyətli fərqlə ikinci, Türkiyənin aşağı büdcəli "Pegasus” aviaşirkəti isə ilk üçlüyü qapayır.
Gürcüstanda fəaliyyət göstərən ilk on aviaşirkət / 2023-cü ildə bazar payı və daşınan sərnişinlərin sayı:
Türk Hava Yolları – 11% (627 078 sərnişin);
Pegasus (Türkiyə) – 7% (423 655 sərnişin);
Georgian Airways – 5% (326 873 sərnişin);
AZAL – 5% (324 044 sərnişin);
Fly Dubai (BƏƏ) – 4% (218 433 sərnişin);
El Al Israil – 3% (202,469 sərnişin);
Belavia (Belarus) – 3% (184 117 sərnişin);
Israir (İsrail) – 3% (182 941 sərnişin);
Air Arabia (BƏƏ) – 3% (155 303 sərnişin).