SON XƏBƏR

AZAL iyunun 1-dək bilet satışını tam dayandırıb

Aprel 14
10:10 2020
Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə əlaqədar milli aviadaşıyıcı - AZAL şirkəti iyunun 1-nə qədərki dövr üçün reyslərinə satışları dayandırıb. 

Bu barədə Bakı aeroportunun direktor müavini Kənan Hacıyev AzTV-yə müsahibəsində bildirib. 

Azərbaycan vətəndaşlarının xaricdən təxliyyəsi üzrə çarter reyslərinə gəlincə, onların aprelin 20-dən sonra bərpa ediləcəyi gözlənilir. 

Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq qeyd edilən tarixlərə düzəliş edilə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook