Azəbaycan neftinin qiyməti 97 dolları keçib
Fevral 10
10:50
2022
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,42 % artaraq 97,46 ABŞ dollarına çatıb.
Bu barədə "Report”a neft bazarındakı mənbə məlumat verib.
Bu gün "Brent” markalı neftin bir bareli 91,55 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.