"Azər Türk Bank" özəlləşdirilsə, ya da ləğv olunsa... - Dövlət nə qədər qazanacaq
Aprel 12
11:30
2021
Azərbaycanda 4 bankın lisenziyası ləğv olunduqdan sonra ölkəmizdə yerli və xarici səhmli 26 bank qaldı. Bunlardan ikisi Azərbaycan dövlət bankı olaraq fəaliyyət göstərir.
Valyuta.Az xəbər verir ki, birinci dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı” nın 91.40%-i Maliyyə Nazirliyinə, 3.76%-i isə Əmlak Məsələri Dövlət Komitəsinə (ƏMDK) məxsusdur.
İkinci dövlət bankı "Azər Türk Bank”ın isə səhmlərinin 75%-i Əmlak Məsələri Dövlət Komitəsinə (ƏMDK), 12.4%-i "Ziraat Bank”a məxsusdur.
Hər ikisinin də dövlət bankı olmasına baxmayaraq, "Azərbaycan Beynəlxalq Bankı” və "Azər Türk Bank” arasında çox ciddi fərq var. Hətta bu fərq o qədər böyükdür ki, müqayisəli rəqəmlərdə milyardlarla fərq yaranır. Misal olaraq, Beynəlxalq Bankın cəmi aktivlərinin həcmi 8 milyard 962 milyon 792 min manat olduğu halda digər dövlət bankının aktivləri 359 miloyn 207 min manatdır. Yəni, "Azər Türk Bank”ın cəmi aktivləri digər dövlət bankından 8 milyard 603 milyon 585 min manat azdır. "Azərbaycan Beynəlxaql Bankı”nın əksər göstəriciləri milyard manatlarla ölçülsə də "Azər Türk Bank”ın maliyyə göstəricilərində yarım milyard manatlıq rəqəm yoxdur. Buna baxmayaraq dövlət büdcəsinə yük olan "Azər Türk bank”ın lisenziyası hələ də ləğv edilməyib.
Valyuta.Az xəbər verir ki, dövlət əmlaklarının, QSC və ya ASC-lərinin özəlləşdirilməsi, yerli və ya xarici investora satılması hər zaman gündəmdə olub. Bunun əsas səbəbi isə büdcədən dotasiya alan dövlət şirkətlərinin yükündən azad olmaq, onlara əlavə vəsait vermək əvəzinə onlardan gəlir əldə etmək olub. Amma özəlləşdirmə deyildikdə hər zaman "Azər Türk Bank” kənarda qalıb və onun özəlləşdirilməsi və ya satılması haqqında danışılmayıb. Bu səfər isə onun fəaliyyəti və niyə satılmalı olduğu haqqında danışaraq oxucularımıza məlumat verməyi özümüzə borc bildik.
DÖVLƏTİN QAZANCI/ZƏRƏRİ
"Azər Türk Bank”ın aktivlərə görə gəliri (ROA) 0.11% təşkil edib. Yəni, dövlət bankı 348 milyon 364 min manatın qarşılığında 423 min manat vəsait qazanıb. Bankın 75%-nin dövlətə məxsus olduğuna görə mənfəətin 317 min manatı bankın səhmdarı olan dövlət qurumunun payına düşüb. Bununla da "Azər Türk Bank”ın dövlət səhmdarı 1 il ərzində 261 milyon 273 min manata görə 300 min manat və ya 0.11% gəlir əldə edib. Bununla da dövlət bankı əmək haqqı və digər kompensiya növləri üzrə xərclərə 11 milyon 126 min manat vəsait xərcləyib. ƏMDK-nin sözügedən bankda olan vəsaiti "Azərbaycan Beynəlxalq Bankı”na səhmdar pulu kimi əlavə etsəydi, daha çox qazanc əldə edəcək və hazırki yükündən qurtulmuş olacaqdı.
"Azər Türk Bank”ın kapitala görə gəlirliyi (ROE) isə 0.75% olub. Bunun da 0.56%-i ƏMDK-nin qazancıdır. Amma "Azərbaycan Beynəlxalq Bankı” ROE-dən 9.7% gəlir əldə edib ki, bunun da 3.6%-i və ya 48 milyon 665 min manatı ƏMDK-nin payına düşüb. Hazırda dövlətə əlavə yük olan "Azər Türk Bank”ın özəlləşdirilməsi və ya lisenziyasının ləğvi digər dövlət bankının daha da sürətli inkişafına təkan verəcək. Bundan başqa da hər iki bankın səhmdarı olan ƏMDK daha çox qazanc əldə etmiş olar.
Qeyd edək ki, "Azər Türk Bank”ın məcmu kapitalı 50 milyon 38 min manatdır ki, bu da banklar qarşısına qoyulan məcmu kapital limitindən cəmi 38 min manat çoxdur. 38 min manatlıq azalmadan sonra isə dövlət bankının lisenziyasının ləğv olunması dövlətin mərhəmətinə qalıb.
Valyuta.Az xəbər verir ki, birinci dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı” nın 91.40%-i Maliyyə Nazirliyinə, 3.76%-i isə Əmlak Məsələri Dövlət Komitəsinə (ƏMDK) məxsusdur.
İkinci dövlət bankı "Azər Türk Bank”ın isə səhmlərinin 75%-i Əmlak Məsələri Dövlət Komitəsinə (ƏMDK), 12.4%-i "Ziraat Bank”a məxsusdur.
Hər ikisinin də dövlət bankı olmasına baxmayaraq, "Azərbaycan Beynəlxalq Bankı” və "Azər Türk Bank” arasında çox ciddi fərq var. Hətta bu fərq o qədər böyükdür ki, müqayisəli rəqəmlərdə milyardlarla fərq yaranır. Misal olaraq, Beynəlxalq Bankın cəmi aktivlərinin həcmi 8 milyard 962 milyon 792 min manat olduğu halda digər dövlət bankının aktivləri 359 miloyn 207 min manatdır. Yəni, "Azər Türk Bank”ın cəmi aktivləri digər dövlət bankından 8 milyard 603 milyon 585 min manat azdır. "Azərbaycan Beynəlxaql Bankı”nın əksər göstəriciləri milyard manatlarla ölçülsə də "Azər Türk Bank”ın maliyyə göstəricilərində yarım milyard manatlıq rəqəm yoxdur. Buna baxmayaraq dövlət büdcəsinə yük olan "Azər Türk bank”ın lisenziyası hələ də ləğv edilməyib.
Valyuta.Az xəbər verir ki, dövlət əmlaklarının, QSC və ya ASC-lərinin özəlləşdirilməsi, yerli və ya xarici investora satılması hər zaman gündəmdə olub. Bunun əsas səbəbi isə büdcədən dotasiya alan dövlət şirkətlərinin yükündən azad olmaq, onlara əlavə vəsait vermək əvəzinə onlardan gəlir əldə etmək olub. Amma özəlləşdirmə deyildikdə hər zaman "Azər Türk Bank” kənarda qalıb və onun özəlləşdirilməsi və ya satılması haqqında danışılmayıb. Bu səfər isə onun fəaliyyəti və niyə satılmalı olduğu haqqında danışaraq oxucularımıza məlumat verməyi özümüzə borc bildik.
DÖVLƏTİN QAZANCI/ZƏRƏRİ
"Azər Türk Bank”ın aktivlərə görə gəliri (ROA) 0.11% təşkil edib. Yəni, dövlət bankı 348 milyon 364 min manatın qarşılığında 423 min manat vəsait qazanıb. Bankın 75%-nin dövlətə məxsus olduğuna görə mənfəətin 317 min manatı bankın səhmdarı olan dövlət qurumunun payına düşüb. Bununla da "Azər Türk Bank”ın dövlət səhmdarı 1 il ərzində 261 milyon 273 min manata görə 300 min manat və ya 0.11% gəlir əldə edib. Bununla da dövlət bankı əmək haqqı və digər kompensiya növləri üzrə xərclərə 11 milyon 126 min manat vəsait xərcləyib. ƏMDK-nin sözügedən bankda olan vəsaiti "Azərbaycan Beynəlxalq Bankı”na səhmdar pulu kimi əlavə etsəydi, daha çox qazanc əldə edəcək və hazırki yükündən qurtulmuş olacaqdı.
Xatırladaq ki, "Azərbyacan Beynəlxalq Bankı” ROA gəlirindən 1 il ərzində 1.5% gəlir əldə edib. Bu bankda isə cəmi 3.76% səhmi olan ƏMDK 40.1% aktivlər üzrə mənfəət qazanıb.