Azərbaycan 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransına ev sahibliyi edəcək
Avqust 03
13:17
2017
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7-10 avqustda Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu və 14-18 avqustda isə Bakıda 41-ci Dünya Skaut Konfransı baş tutacaq. 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı Avrasiya zonasında keçirilən ən böyük Skaut tədbiri olacaq.
Musavat.com-a verilən məlumata görə, Dünya Skautlar Təşkilatının rəhbər şəxsləri və üzvlərinin iştirak edəcəyi konfransda 157 ölkədən 1500 skautun, iştirakçı ölkələrdən yüksək vəzifəli dövlət nümayəndələri və ictimai xadimlərin iştirakı gözlənilir. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Qəbələdə keçiriləcək 13-cü Dünya Skaut Gənclər Forumunda gənclərin liderliyi, aktiv vətəndaş mövqeyi, skaut hərəkatının dünyada gedən qlobal dəyişikliklərə təsiri və gənclərlə bağlı iştirakçı ölkələr arasında proqram mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunacaq.
41-ci Dünya Skaut Konfransı Bakı Konqres mərkəzində və Heydər Əliyev mərkəzində keçiriləcək. Əsas müzakirə mövzusu isə skaut təşkilatlarının gələcək inkişafı, onların formalaşma strategiyası və növbəti illər üçün təşkilatın sədrinin və rəhbər heyətə seçkilərin keçirilməsi olacaq.