Azərbaycan 500 milyon dollar kredit götürdü
May 08
10:38
2017
Cari ilin 6-8 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 50-ci İllik Toplantısı çərçivəsində, Azərbaycan Respublikası, "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD) və AİB arasında "Şahdəniz” qaz-kondensat yatağının işlənməsi (Şahdəniz) layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair saziş imzalanıb.
"Report" xəbər verir ki, qeyd olunan sazişi CQD-nin Baş direktoru Əfqan İsayev və AİB-in özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou, kredit müqaviləsinə dair zəmanət əqdini isə Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov və AİB-in vitse-prezidenti Divakar Gupta imzalayıb.
Xatırladaq ki, AİB-in Direktorlar Şurası ötən ilin dekabrın 7-də "Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə CQD-nin iştirak payı üzrə tələb olunan vəsaitin çatışmayan hissəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları kreditin ayrılması, eləcə də 15 il müddətinə 526 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib.
1966-cı ildə yaradılan AİB-in 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, layihəni iştirakçı ölkələrdən savayı, AİB, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları dəstəkləyir. Bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan "Cənub Qaz Dəhlizi" layihəsinə inam və etibarın bariz nümunəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev layihənin təkcə ölkəmiz üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayaraq qeyd edib ki, bu layihənin reallaşdırılmasında aparıcı qüvvə məhz Azərbaycandır.
CQD-nin Baş direktoru Əfqan İsayev əlavə edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəyini qeyd edərək bu istiqamətdə görülmüş işlər barədə də məlumat verib:
"Cəmiyyət tərəfindən "Cənub Qaz Dəhlizi" layihəsi üzrə 2014-2019-cu illər üzrə ümumi tələb olunan təqribən 12.4 milyard dollar məbləğində vəsaitdən indiyədək 6.6 milyard dollar hissəsini, yəni təqribən 53 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 799.3 milyon dollar məbləğində investisiya qoyulub. Layihə çərçivəsində "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 92.0 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə işlərin 83.8 faizi, TANAP-ın inşası üzrə işlərin 69.0 faizi, TAP-ın inşası üzrə işlərin 40.3 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.
Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.
"Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.