Azərbaycan 750 milyon dollar kredit aldı
İyul 12
10:05
2016
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə 750 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. Birinci tranşın həcmi 250 mln. dollardır.
Ayrılan vəsait hesabına görülən işlər nəticəsində 1,4 milyondan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq.
"ADB-nin bu proqramı Azərbaycanın digər iri şəhərlərində və ucqar rayonlarında elektrik enerjisi təminatındakı problemlərin həllinə və ev təsərrüfatlarının gün boyu elektrik enerjisi ilə təchizatına gətirib çıxaracaq. Bundan başqa, ayrılan kredit sayəsində inklüziv iqtisadi artıma nail olunacaq, kiçik və orta sahibkarlıq imkanları daha da güclənəcək”, – deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon M. O’Salivan bildirib.
Kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. Birinci tranşın həcmi 250 mln. dollardır.
Qlobal.az