Azərbaycan Almaniyaya müalicəvi çaylar ixrac edəcək
Fevral 04
20:30
2019
Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlində yanvarın 18-27-də keçirilmiş "Beynəlxalq Yaşıl Həftə-2019” sərgisində nümayiş olunub.
Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, sərgidə şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. sahələrdə fəaliyyət göstərən 14 Azərbaycan şirkətinin məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində təqdim edilib.