SON XƏBƏR

Azərbaycan Avropa çempionlarına yenə uduzdu

Fevral 04
12:49 2016
Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatında D qrupunda mübarizəyə start verilib.
 
Qaynar.info xəbər verir ki, ardıcıl 4-cü dəfə bu turnirdə iştirak edən millimizin ilk rəqibi son Avropa çempionları İtaliya yığması olub.
 
2 il əvvəl Belçikanın Antverpen şəhərində keçirilən qitə birinciliyində bu komandaya qrupda 0:7 uduzmuş millimiz yeni baş məşqçi Tino Peresin rəhbərliyi altında da məğlubiyyətdən qaça bilməyib. Komandamızın ilk topu qapısından buraxmasında meydançada 4 oyunçu ilə qalması da rol oynayıb. Belə ki, braziliyalı legionerimiz Amadeu 18:25-ci dəqiqədə 2-ci sarı vərəqə alaraq meydanı tərk edib
 
. Nəticədə ilk hissənin bitməsinə 21 saniyə qalmış İtaliyanın Portuqaliyanın "Sportinq" klubunda çıxış edən legioneri Aleks Merlim hesabı açıb. Aleks 2-ci hissə başlayandan 9 saniyə sonra dublunu rəsmiləşdirib. Bu qolda müdafiədə Eduardonun buraxdığı kobud səhv rol oynayıb. 28:28-ci dəqiqədə isə komandamız qapısından 3-cü topu buraxıb. Beləliklə, yığmamız "Neftçi"nin sabiq serbiyalı futbolçuları Branimir Subaşiç və Vladimir Miçoviçin izlədiyi görüşdə 0:3 hesabı ilə yenilərək turnirə məğlubiyyətlə başlayıb.
 
Qeyd edək ki, komandamız qrupdan çıxmaq üçün fevralın 5-də Çexiya millisini yenməlidir. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook