Azərbaycan bank sektorunun aktivləri 32,4 mlrd. manatdır
Mart 18
02:45
2017
Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 yanvar 2017-ci il tarixinə cəmi aktivləri 32 407,1 mln. manat, cəmi öhdəlikləri 30 347,5 mln. manat, balans kapitalı isə 2 059,6 mln. manat təşkil edir. Məlumata görə, yanvarın sonuna banklarda 7 691,3 mln. manat əmanət olub.
Hesabat dövrünə bankların filiallarının sayı 569, söbələrinin sayı 132, bankomatlarının sayı 2 468-dir. Bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edib. (Report)