SON XƏBƏR

Azərbaycan bankları dollardan imtina etdi

Aprel 21
13:38 2017
Dollar sürətlə ucuzlaşdığından bir sıra bankların dollar almaqdan imtina etdikləri bildirilir. Müştərilər, dollar satmaq istəsələr də banklar almaqdan imtina edirlər. İndiyədək 3000 dollar limitlə ABŞ valyutasını alan Xalq Bank, günortadan sonra alışdan imtina edib. 

Qlobal.Az "Marja”ya istinadən xəbər verir ki, məlumatına görə, bankların dollar alışından imtina etmələrinin səbəbi dolların sürətlə ucuzlaşması və manat qıtlığıdır. Dollar sürətlə düşdüyündən, banklar ziyan etməmələri üçün alış qiymətini satış qiymətindən xeyli aşağı təyin etməyə də çalışırlar. Həmçinin dollara ehtiyacı olan sahibkarlar da daha ucuz alış etmək gözləmə mövqeyindədirlər. Ötən həftə 1.75 manata satılan 1 dollar bu gün 1.7050 manatadək düşüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook