Azərbaycan banklarında yeni komitə yaradılacaq
Sentyabr 11
11:34
2023
Azərbaycan banklarında Korporativ İdarəetmə Komitəsi yaradılacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin təsdiq etdiyi "Banklarda korporativ idarəetmə Standartları”nda yenilənmiş variantında qeyd edilib. Bildirilib ki, sözügedən komitələrin yaradılması tələbi Qərarın qüvvəyə mindiyi tarixdən 12 ay sonra tətbiq ediləcək.