SON XƏBƏR

Azərbaycan belə talanır: Əhmədzadənin oğluna ötürülən milyonlar...

Dekabr 01
08:56 2020
Panama sənədlərində adının çəkilməsinə qarşı ən aqressiv reaksiyalardan birini göstərən türk multi milyoner Mehmet Cengiz, orada çalışan jurnalistləri təhdid etmək üçün bir türk xəbər agentliyinə zəng etdi.

"Mənim fotomu ön səhifəyə qoydun - utanmırsan?” - deyə Cengiz "Panamalı Tüklər” başlığı altında onun üzünü ön səhifəsində qoyan, İstanbulda dərc olunan gündəlik "Cumhuriyet” qəzetinin heyətindən soruşdu.

"Mən sizinlə mübarizə aparacam ... Qancıq uşaqları, məni qatilə çevirməyin”

2016-cı ilin iyun ayında "Cumhuriyet” qəzeti bu inşaat maqnatı tərəfindən yaradılan bir sıra gizli ofşor şirkətlərini üzə çıxardı. Məlum oldu ki, Cengizin Böyük Britaniyada nəzarət etdiyi şirkət 2008-ci ildə "Vremax Properties Limited” (Vremax Mülkləri QSC) adlı ofşor şirkətə 3.07 milyon dollarlıq konsultasiya ödənişi edib.

Bu ödəniş qaranlıq bir konsultasiya müqaviləsi əsasında edilib. Müqavilə yenicə yaradılmış, konsultasiya sahəsində tanınmayan anonim şirkətlə bağlanıb.

OCCRP pərdəarxası baş verənləri ortaya çıxarıb. Müəyyən edib ki, ödəniş edildikdən bir neçə ay sonra "Vremax” Londonun mərkəzində 2,3 milyon dollar dəyərində dəbdəbəli mənzil alıb. Bu mənzildə artıq gənc azərbaycanlı iş adamı Cümə Əhmədzadə yaşayırdı. "Vremax” dərhal onun orada yaşamağa davam etməsinə razılıq verib.

İki il sonra isə gizli ofşor şirkəti qonşuluqdakı daha iki mənzili alıb və Əhmədzadə oranın dizaynını dəyişərək özü üçün möhtəşəm bir saraya çevirib.

Araşdırmada deyilir ki, Cümə Əhmədzadənin olmasa da, atası Əhməd Əhmədzadənin türkiyəli maqnatla əlaqəsi olub.

Əhməd Əhmədzadə Azərbaycanda dövlət su ehtiyatlarının idarəedilməsi ilə məşğul olan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbəridir. O, Cengizin inşaat şirkəti ilə ölkənin şimal-qərbində böyük bir hidroelektrik bənd inşa etmək üçün müqavilə imzalayıb.

Hadisələrin ardıcıllığı belədir:

Azərbaycan dövlət su şirkəti Cengizin tikinti şirkətiylə böyük bir müqavilə imzalayır.
Cengiz tərəfindən idarə olunan bir şirkət ofşor şirkətinə böyük bir ödəniş edir.
Həmin ofşor şirkət dəbdəbəli bir mənzil alır və su şirkətinin rəhbərinin oğluna orada yaşamağa "icazə verir”.

OCCRP mənzilin rüşvətlə əlaqəsi barədə birbaşa sübut görməyib. "Vremax” şirkətinin sahiblərinin həqiqətən konsaltinq işi ilə məşğul olub-olmadığı və başqa gəlir mənbələrinə sahib olub-olmaması bilinmir. Nəticədə Mehmet Cengiz, Cümə Əhmədzadə və ya atası Əhmədin bu təsnifatda oynadığı xüsusi rol müəyyən deyil.

Sirrin əsası ofşor şirkətləriylə bağlı gizlilikdən qaynaqlanır və bu "Vremax” şirkətinin əsl mahiyyətini üzə çıxarmağı hardasa mümkünsüz edir. Buna görə də OCCRP-nin tapdıqlarını yoxlayan iki korrupsiya mütəxəssisinə görə, iş əlavə araşdırmanın aparılmasını tələb edir.

"Bu işdə şübhə yaradan məqamlar var. Siyasi əlaqələri olan şəxslər sərvət yığmaq məqsədilə, açıq izahat vermədən gizli şirkətlərdən istifadə edə bilərlər”, - "Transparency International”ın Böyük Britanyadakı siyasət direktoru Dunkan Heymz (Duncan Hames) qeyd edib. "Bu hadisəyə görə satınalma ilə əlaqədar üsulların səlahiyyətli orqanlar tərəfindən yoxlanlmasına dəyər”.

OCCRP Cengiz Holdinqdən, Mehmet və Ekrem Cengizlərdən açıqlama ala bilməyib.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Əhmədzadə ailəsinin "Vremax” ilə əlaqəsi olmadığını deyib.

"Məktubunuzda qeyd edilən nəzəri təkliflərin yalan və aldadıcı fərziyyələrə əsaslandığını sizə bildirmək istəyirik”, - deyə onlar yazıblar.

Mətbuat xidmətinin izahına görə, Cümə Əhmədzadə 2002-ci ildən Londondakı ünvanda kirayədə qalıb:

"Bu müddət ərzində mülkiyyətin sahibi dəyişib, ancaq bu, onun həmin ünvanda müvəqqəti yaşamasına təsir göstərməyib”.

Sözügedən infrastruktur layihəsi isə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, beynəlxalq normalar çərçivəsində reallaşıb”, – mətbuat xidməti bildirib.

Anadolu Pələngi

Türkiyənin ən zəngin ailələrindən biri olan Cengiz ailəsi öz adlarını daşıyan inşaat biznesinə 1969-cu ildə başlayıb. Ancaq Cengiz Holdinqin Türkiyə hökuməti üçün bir sıra flaqman infrastruktur layihələri gerçəkləşdirərək böyük bir uğur əldə etməsi 2000-ci ilin ortalarına qədər çəkib. O, İstanbul- Ankara arasındakı sürətli dəmiryolu xəttinin, tamamlandığı zaman dünyanın ən böyük hava limanına çevriləcək İstanbulun yeni hava limanının inşasında əsas oyunçudur.

Bu uğur Mehmet Cengizin 2000-ci illərin əvvəlində Prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldikdən sonra sərvət və güc qazanan bir qrup iş adamını ehtiva edən "Anadolu Pələngələri” statusundan ibarətdir. ABŞ-da məskunlaşan Türkiyə mütəxəssisi A.Kadir Yıldırımın sözlərinə görə, Cengizin holdinqinin qeyri-adi müqavilələri həyata keçiriməsi Ərdoğanın ölkədə yaratdığı, himayədarlıq edən şəbəkənin olmasını göstərən bir nümunədir.

Cengizin imperatorluğu sadəcə türk müqavilələri üzərində qurulmayıb: O, Qazaxıstanda, Şimali İraqda, Küveytdə, Bosniya- Herseqovinada layihələr həyata keçirmək üçün müqavilələr imzalayıb. Cengiz Holding illik 5 milyard dollarlıq dövriyyəsi olan 35 firmaya və filiala malikdir. Daim şirkətin rəhbəri və əsas fiquru Mehmet Cengizin və qardaşlarının adı "Forbes”-in Türkiyə siyahısında ən zəngin iş adamları sırasında çəkilir. Bu ilin əvvəlində onun sərvətinin 550 milyon dollar olduğu hesablanıb.

Cengizin xaricdəki imperatorluğu, Türkiyə ilə uzunmüddətli mədəni və iqtisadi əlaqələri olan Azərbaycandan başladı. Qafqaz ölkəsinin Naxçıvan Muxtar Vilayətində 2005-ci ildə tamamlanan Vayxır bəndi və su elektrik stansiyası onun xaricdəki ilk layihəsi idi.

Ancaq bu, son olmayacaqdı. 2009-cu ilin may ayında Cengiz Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə holdinqinin Şəmkir çayı boyunca inşa edəcəyi daha böyük bir bənd və su elektrik stansiyasının təməlqoyma mərasiminə qatılıb. Əliyev inşaatın başlanğıcının qoyulduğunu qeyd etmək üçün kiçik düyməyə basanda rəsmilərdən və inşaat işçilərindən ibarət bir qrup əl çalıb.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə və ona yaxın olan ərazilər üçün içməli su tədarükünün yaxşılaşdırılması və ildə 56 milyon kilovat/saat elektrik enerjisinin təmin edilməsi anlamına gələn Şəmkirçay layihəsinin ideyasının keçmiş Prezident Heydər Əliyevə məxsus olduğu deyildi.

Dövlət su idarəsi və Cengiz hətta lahiyəhin şanlı tarixçəsi haqqında kitab çıxardı.

"Ulu Öndər Heydər Əliyevin Şəmkirçay Su Anbarının tikilməsi ilə bağlı ideyaları uğurla həyata keçirilir”.

2014-cü ildə su anbarının inşası tamamlanana qədər Əliyevin təxmininə görə 500 milyon dollara başa gələcək layihənin qiyməti təxminən iki dəfə artaraq 948 milyon dollara çatıb.

Əhməd Əhmədzadə də təməl qoyma mərasimində iştirak edib.

Əhmədzadənin şirkəti onun işlədiyi uzun müddət ərzində Şəmkirçay bəndi də daxil olmaqla, ölkənin ən böyük infrastruktur layihələrində məsul olub. Bu illər Əhmədzadəyə həm də "Baron" ləqəbini qazandırıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni layihə üçün Cengizi necə seçməsinin detalları bilinmir. Ancaq təxminən eyni vaxtda iki ailə arasında Londonda başqa bir əlaqə yaranmağa başlayıb.

Müqavilə imzalanmamışdan sadəcə iki ay öncə Cengizin biznes imperiyasının aydın olmayan tərəfi – Böyük Britanyada qeydiyyatdan keçmiş "MEC Metal Equipment & Consultancy Co.” adlı şirkət – sirli "Vremax Mülkləri”nə 3 milyon dollar köçürüb”. Cumhuriyet” qəzetinin xəbərinə görə, bu ödəniş iki şirkət arasında kiçik konsultasiya müqaviləsi ilə bağlıdır.

"Vremax” şirkətinin biznes fəaliyyəti və ya konsultasiya xidməti haqqında onlayn istinadlar və onun veb-saytı yoxdur. Müxbirlər şirkətin Cengizlə bağladığı bir müqavilə xaricində hər hansı bir vəziyyətdə konsultasiya işi həyata keçirməsi ilə bağlı açıq bir məlumat əldə edə bilməyib.

Müqavilədə "Vremax” şirkətinin MEC şirkətinə Rusiya və Çində metal, mədənçilik, inşaat sahələrində "bazar araşdırması və təhlili”, fabrika investisiyaları və komplektləşdirmə ilə əlaqəli "öncədən araşdırma” və "təhlil” də daxil olmaqla bir neçə xidmət göstərdiyi əks olunub.

İllik gəliri 5 milyard dolları keçən bir şirkət üçün 3 milyon dollarlıq bir konsultasiya müqaviləsi imzalaması mənasız görünsə də, sənəddəki metaməlumatlar Cengiz Holdinqin rəhbərliyinə çatmağın kifayət qədər önəmli olduğunu göstərir. Fayl "Cengiz Holding”in baş müdir müavini Murat Ergönül adına qeydiyyatdan keçmiş proqram təminatında yaradılıb və yazılıb. Murat Ergönüldən şərh almaq mümkün olmayıb.

Metaməlumatlar digər bir maraq oyandırır. Faylın ödəniş edildikdən üç ay sonra yaradıldığı, 3 milyon dolların "Vremax” şirkətinin İsveçrədəki bank hesabına köçürüldüyü vaxt müqavilənin olmadığı görünür.

Cengizin MEC ilə necə əlaqəsi var?

Standard İngilis "məhdud şirkəti” olan MEC əvvəlcə "Merlan Equipment and Trading Co.” adlanıb, lakin şirkət daha sonra "MEC Metal Equipment & Consultancy Co.” deyə adını dəyişdirərək, maliyyə hesabatlarının sənədləşdirilməsi tələb olunmayan "məhdud məsuliyyətli cəmiyyət" kimi qeydiyyata alınıb. Böyük Britanyadakı şirkətin qeydiyyatına dair sənədləşmə işləri sadəcə MEC-in "ortaqları" ( səhmdarlarla oxşar olan) barədə detal verir, lakin MEC tərəfindən görülən işlərlə bağlı heç bir göstərici və ya gerçək sahiblərinə dair ipucu yoxdur.

Bu o deməkdir ki, 2016-cı ildə "Panama Sənədləri” dərc olunana qədər MEC heç vaxt açıq şəkildə Mehmet Cengiz ilə əlaqələndirilməyib. Panamadakı "Mossack Fonseca” şirkətindən sızan sənədlər Cengizin 1999-cu ildən bəri şirkətə nəzarət etdiyini göstərir.

Necə baş verdiyi buradadır:

16 iyul 1999-cu ildə Cənubi Sakit Okean adası olan Niuedə yerləşən "Bonito International Inc.” şirkətinin əsas səhmdarı oldu.
Bir neçə həftə sonra, 3 avqustda, şirkət Londonda MEC-in böyük bir səhmdarla müqayisə oluna bilən (hələ də Merlan kimi tanınırdı) ümumi ortağı olaraq təyin edildi. Elə həmin gün Cengizin "Bonito” şirkətindəki səhmləri namizəd səhmdar kimi çıxış etmək üçün başqa bir ofşor şirkətinə verildi.
2001 və 2006-cı illərdə "Bonito” şirkətinin quruluşu yenidən dəyişdirildi və həqiqi mülkiyyəti qaranlıq qaldı. 2008-ci ildə "Mossack Fonseca”ya təqdim olunan bir sənəd, "Bonito” şirkətinin MEC üzərindəki nəzarətinin bütün sahələrini ətraflı izah edərək Londondakı səhmlərin 99 faizinə sahib olduğunu göstərdi. Bu nöqtəyə qədər "Bonito”, başqa bir tropik Sakit okean adası olan Samoaya köçdü, lakin bəzi sənədlərdə səhvən Britaniya Virgin Adalarına yerləşdiyi göstərilib.
Cengiz, ilk dəfə 1999-cu ildə şirkət sənədlərini imzalamağa icazə verən ona verilmiş etibarnamə ilə şirkət nəzarətini əlində saxladı.
2002-ci ildə "Merlan” şirkəti üçün Cengiz və qardaşı Əkrəm adına xüsusi etibarnamə, 2006-cı ildə isə MEC adlı şirkət üçün oxşar etibarnamə verildi. Bu, Cengiz ailəsinə firmanın limitsiz bir müddətə tam nəzarət etməsini təmin etdi.

Bu manevrlər Cengizin rəsmi olaraq "Merlan” / MEC-in səhmdarı olub-olmadığını müəyyənləşdirməyı çətinləşdirsə də, o şirkəti mövcud olan etibarnamə ilə idarə etdi.

Bu, Cengiz üçün qeyri-adi bir şey deyildi. OCCRP, ofşor tərəfdaşları vasitəsilə və qardaşlarına verilən etibarnamə ilə eyni təmsilçi qrupunun rəhbərlik etdiyi Londonda iki məhdud məsuliyyətli cəmiyyət üzə çıxardı. Bu hadisələrdən birində, bu məhdud məsuliyyətli cəmiyyət üçün "GarantiBank International”-da (eyni bank MEC tərəfindən istifadə olunurdu) bir bank hesabı açmaq üçün verilmiş bir sənəddə qardaşların da fayda götürən rəhbərlərdən olduqları ortaya qoyulur.

Londonda Mənzil

3 milyon dollarlıq ödənişi aldıqdan beş ay sonra "Vremax” nəhəng daşınmaz əmlak investisiyasını həyata keçirib. Cümə Əhmədzadənin qaldığı və 2,3 milyon dollara nəğd alınan Londondakı mənzil növbəti ilin avqust ayında ofşor şirkətdə qeydiyyatdan keçirilib.

Əhmədzadənin Londonun ən bahalı rayonlarından biri olan Kensinqton və Çelsidə yerləşən mənzili ilk mülkdür. Londondakı dünyaşöhrətli Viktoriya və Albert Muzeyinin yanında və Hyde Parkdan bir az piyada məsafədə yerləşən böyük bir malikanənin aşağı mərtəbəsində yerləşir.

İkinci və üçüncü mənzillərin maliyyələşmə mənbəyi bilinmir, çünki OCCRP-nin "Vremax” şirkətinə edilən digər ödənişlər barədə məlumatı yoxdur.

Növbəti bir neçə il ərzində "Vremax” Əhmədzadənin yaşayış sahəsini bütün mərtəbədə genişləndirməsinə fürsət verən qonşuluqdakı iki mənzili və bitişik dəhlizi almaq üçün 3,4 milyon dollar xərcləyib. Hazırda 273 kvadrat metr sahəni əhatə edən kompleks, Londonun mərkəzindəki standartlara görə çox geniş bir ərazidir.

Şəhərin dəbdəbəli bazarında ixtisaslaşmış daşınmaz əmlak agenti olan Oliver Fiş (Oliver Fish), bu günlərdə bütün kompleksin 7,5 milyon dollar dəyərində ola biləcəyini qeyd edib: "Hyde Park və Knightsbridge metrosu və bu gözəlliklər yaxınında yerləşdiyi üçün yer çox arzu olunandır".

"Vremax” şirkətlərlə bağlı məxfiliyin qorunması ilə tanınan, Britanya ərazisində yerləşən Virgin Adalarında qeydiyyatdan keçdiyindən şirkət sahiblərinin adları açıqlanmır. Nə adanın korporativ reyestri, nə də firma nümayəndəsi "Vremax” şirkətinin direktorları və ya səhmdarları haqqında məlumat vermək istədi.

Ancaq OCCRP-nin jurnalistləri 2017-ci ildə üç mənzilin planlaşdırmasındakı dəyişiklikləri qanuniləşdirmək və yeni vanna otağı, kitabxana və idman zalı əlavə edərək yeniləmək üçün yerli şuraya göndərilən sənədlərdə Cümə Əhmədzadənin adına rast gəliblər. Əhmədzadə "müraciət edən" kimi qeyd olunub, yəni bu o deməkdir ki, o mülkdə aparılan təmir işlərinin arxasındakı aparıcı qüvvədir.

Digər bir sənədləşmədə, Əhmədzadənin mənzillərin təmirinə nəzarət etməsi üçün işə götürdüyü memar rəsmi sənədləri bələdiyyəyə təqdim edən şəxsi, yəni, Əhmədzadəni mənzillərin sahibi olaraq təsvir edib.

İş adamı mənzili öz həyat yoldaşı Günel Rüstəmova ilə bölüşür. O, digər bir azərbaycanlı güc dəllalı olan Mərkəzi Bankın sədri Elman Rüstəmovun Londonda yaşayan qızıdır.

Əhmədzadənin kariyerası

Hazırda Cümə Əhmədzadə London, Çex Respublikası, Türkiyə və Azərbaycanda şirkətlərin sahibidir və onları idarə edir, əlavə olaraq iki otelin inkişaf etdirilməsi də bura daxildir. Ancaq ilk mənzili alarkən, 29 yaşındakı gənc iş həyatına yeni başlayırdı və həyat yoldaşının yeni fəaliyyətə başlaya kiçik moda markası xeyir götürmürdü.

2007-ci ilin aprel ayında o, həyat yoldaşının Londonda yerləşən moda markası "Gyunel Couture”nin direktoru oldu. Davamlı qırmızı rəngdə olmasına baxmayaraq, geyimlərini Yasmin və Amber Le Bon kimi modellərin geyinməsi və markanın təmtəraqlı podium nümayişlərinə və məşhur partilərə sponsorluq etməsi medianın diqqətini çəkib. Şirkətin son sənədlərinə əsasən, Əhmədzadə və həyat yoldaşı onu ayaqda tutmaq üçün təxminən 8 milyon dollar kredit çəkiblər.

2008-ci ildə, o, Günellə birlikdə, "Ceske Budejovice” adlı turistik kurortun yaxınlığında bir torpaq sahəsi alan "Alps” adlı Çex şirkətinin ortağı olub.

Əhmədzadə öz ölkəsində də otel biznesi ilə məşğul olur. Şirkətin "Linkedin” profilinə görə, "Azərbaycan turizm sənayesi bazarına əhəmiyyətli dərəcədə təsir göstərməyə ithaf olunmuş sürətlə böyüyən bir şirkət olan" "Ulu Hospitality”-nin qurucusudur. O, Əhmədzadənin ailəsinin məmləkəti Qaxda iki oteli və Bakıda iki restoranı idarə edir. Otellərdən biri Prezident Əliyev tərəfindən 2018-ci ildə açılıb. //Müəlliflər: OCCRP //


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook