SON XƏBƏR

Azərbaycan bu il nə qədər neft və qaz hasil edib?

İyul 09
10:00 2020
Bu ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1 mln. ton az olub.

Məlumata əsasən, respublika üzrə hasil edilmiş neftin 12,2 mln. tonu "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarının, 1,9 mln. tonu (kondensat) "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb. "SOCAR üzrə hasilat isə 3,7 mln. ton təşkil edib", - nazirlikdən bildirilib.

Bu ilin ilk yarısında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 11%-dən çox, yəni 2 mlrd. kubmetrə yaxın artımla 19,3 mlrd. kubmetr qaz hasil edilib.

Qaz hasilatının 6,3 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından, 9,4 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağından əldə edilib. Məlumata əsasən, SOCAR üzrə bu dövrdə 3,6 mlrd. kubmetr qaz hasil olunub.

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan (AÇG) və "Şahdəniz" qaz-kondensat yatağından yataqları istismara veriləndən 1 iyul tarixinədək ümumilikdə 541,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Hesabat dövrü AÇG-dən 512,6 mln. ton, "Şahdəniz"dən isə 28,6 mln. ton kondensat hasil edilib.

Məlumata əsasən, AÇG və "Şahdəniz" yataqları istismara veriləndən 2020-ci ilin 1 iyul tarixinədək 541,1 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook