SON XƏBƏR

Azərbaycan çempionundan biabırçı məğlubiyyət

Oktyabr 16
13:50 2017
Qadın həndbolçular arasında EHF kubokunun II təsnifat mərhələsinin oyunları keçirilib

Qlobal.az apasport.az-a istinadən xəbər verir ki,, bu yarışda ölkəmizi təmsil edən Azərbaycan çempionu "Nur" çıxışını biabırçı məğlubiyyətlə başa vurub. 

Belə ki, Danimarkada "Viborq"la keçirilən ilk görüş rəqibin asan qələbəsi ilə yekunlaşıb. Birinci hissədə 11 top (8:19) geridə olan həndbolçularımız sonda 21:38 hesabı ilə uduzublar.

İkinci görüş isə Mingəçevir təmsilçisi üçün daha acınacaqlı alınıb. Komandamız bu dəfə ilk hissəni 5:22 (!), matçı 15:43 (!) hesabı ilə məğlub olub.

Beləliklə, iki qarşılaşmanın yekununa əsasən 36:81 (!) hesabı ilə uduzan "Nur" mübarizəni dayandırıb.

Qeyd edək ki,  baş məşqçisi Valeri Qonçardan tutmuş bütün həndbolçular əcnəbi olublar. Komanda rəhbərliyi yeganə milliləşdirilmiş Yekaterina Peçenin adını heç iştirak ərizəsinə salmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook