SON XƏBƏR

Azərbaycan cüdoçusu erməni idmançıya qalib gələrək bürünc medal qazanıb

İyun 27
20:02 2024
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmmədəli Hüsiyev (55 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un Sofiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Şavarş Nahapetyanla üz-üzə gəlib.

Rəqibə qalib gələn Hüsiyev yarışda üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün Bahadur Feyzullayev (55 kq) final, Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Turnir iyunun 30-da başa çatacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook