SON XƏBƏR

Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edə bilər

İyul 21
00:10 2017
Estoniyanın Tartu şəhərində Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (IOF) tərəfindən təşkil olunmuş səmti müəyyən etmə üzrə 34-cü dünya çempionatı keçirilib.
 
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasından Axar.az-a bildirilib ki, ölkəmizi çempionatda federasiyanın prezidenti Mirəli Kazımov və milli komandanın idmançısı Süleyman Əliyev təmsil ediblər.
 
Dünya çempionatı çərçivəsində M.Kazımov IOF tərəfindən təşkil olunmuş, prezidentlərin və məsul şəxslərin iştirak etdiyi konfransda çıxış edib. Konfransda səmti müəyyən etmə idmanının inkişaf perspektivləri və onun Olimpiya Oyunlarının proqramına salınması məsələləri müzakirə olunub. Bununla yanaşı, IOF-un Avropa Komissiyasının strukturunun yenidən formalaşması ilə bağlı müzakirələrdə M.Kazımovun irəli sürdüyü konstruktiv təkliflər iştirakçılar tərəfindən müsbət qarşılanıb.
Tədbirdə, həmçinin idman ölkəsi olan Azərbaycanın qazandığı nailiyyətlər və səmti müəyyən etmə idmanının ölkəmizdə sürətli inkişafı yüksək qiymətləndirilib.
Konfransda gələcəkdə ölkəmizdə səmti müəyyən etmə idman növü üzrə beynəlxalq tədbirlərin təşkili perspektivləri müzakirə olunub. Səmti müəyyən etmə idmanı üzrə dünyada ilk festivalın məhz Azərbaycanda keçirilməsi təklifi irəli sürülüb. Bu təklif bir çox federasiyaların prezidentləri və IOF rəsmiləri tərəfindən müsbət qarşılanıb və tədbirin keçirilməsi üçün dəstək nümayiş olunub.
 
Həmçinin çempionat çərçivəsində Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası ilə Türkiyə, Belarus, Rusiya, Çexiya, Bolqarıstan və s. ölkələrin müvafiq federasiyaları arasında görüşlər keçirilib və qarşılıqlı əməkdaşlıq haqda razılıq əldə olunub.
 
Bolqarıstanın sabiq idman naziri, Bolqarıstan Səmti Müəyyən Etmə Federasiyasının prezidenti Azərbaycan ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını xüsusi vurğulayıb.
 
Aralıq Dənizi Ölkələri Konfederasiyasının üzvləri - Fransa, İtaliya və Serbiya Səmti Müəyyən Etmə federasiyalarının rəhbərləri ilə görüşlərdə gələcəkdə Azərbaycanı bu qurumun sıralarında görmək arzusu diqqətə çatdırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook