SON XƏBƏR

“Azərbaycan Dəmir Yolları”nda yoxlamalara başlanıldı

İyul 09
11:13 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.

Qlobal.az Unikal-a istinadən xəbər verir ki, hazırda QSC-nin maliyyə fəaliyyəti araşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq "Azərbaycan Dəmir Yolları” QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb: "Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”.

Qeyd edək ki, quruma 2015-ci ildən bu ilin 24 may tarixinədək Cavid Qurbanov rəhbərlik edib. Dövlət başçısının sərəncamı ilə C.Qurbanov 2 ay əvvəl vəzifədən azad edilib və onun yerinə hələlik təyinat olmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook