Azərbaycan diasporunun nümayəndələri milli mədəniyyətlər festivalında iştirak edəcək
Yanvar 25
10:49
2016
Yanvarın 30-da Murmansk Mədəniyyət və xalq yaradıcılığı sarayında "Dostluq bayramı” adlı vilayət milli mədəniyyətlər festivalı keçiriləcək.
Tədbir Murmansk vilayətinin ərazisində yaşayan xalqların ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə və populyarlaşdırılmasına, millətlərarası əlaqələrin möhkəmlənməsinə, tolerantlıq və qarşılıqlı hörmət münasibətlərinin bərqərar olmasına, böyüyən nəslin Rusiyanın xalqlarının ənənələri ilə tanışlıq vasitəsilə onların mədəni dəyərlərinə yiyələnməsinə yönəlib.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyindən verilən məlumata görə, festivalda, müxtəlif milli birliklərin üzvləri ilə yanaşı, Rusiya Federasiyasının Murmansk vilayətindəki Azərbaycan diasporunun nümayəndələri də iştirak edəcəklər.
Festival iştirakçıları milli bayram fraqmentini səhnələşdirilmiş zarisovka şəklində göstərəcəklər.
Bundan başqa, dekorativ-tətbiqi yaradıcılıq sərgisi də keçiriləcək. İştirakçılar milli geyimdə kukla düzəldəcək, milli diasporun fəaliyyəti haqqında materiallar, həmçinin dekorativ-tətbiqi və təsviri incəsənətlər məmulatları, milli məişət əşyaları, milli yeməklər hazırlayacaqlar.
Qlobal.az