Azərbaycan dinc etirazçılara güc tətbiq etdiyinə görə Fransaya çağırış edib
İyun 12
13:36
2024
Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.
"Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini vəziyyəti təcili olaraq gərginliyin azaldılmasına çağırırıq", - deyə məlumatda qeyd olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.