"Azərbaycan doğru yoldadır" - Dmitri Nazarov
Mart 29
09:06
2017
"Bu, həm özüm, həm də bütün Azərbaycan üçün inanılmaz an idi. Mobil telefonum gurultulu təbriklərdən az qala partlayırdı".
Sport7.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında vurduğu qolu şərh edərkən deyib.
O, bildirib ki, Bundestimə qarşı qorxaq oyun sərgiləsəydilər, qol vurmaları zaman məsələsi ola bilərdi: "Topa tez-tez nəzarət edirdik. Çox yaxşı oynadıq və topu yaxşı saxladıq. Sadəcə, belə rəqiblə görüşdə buraxdığımız hər səhvə görə cəzalandıq. Səhvlərə yol verməsəydik, fasiləyə bərabərliklə yollana bilərdik. İstənilən halda öz gücümüzü bu cür oyunlarda bilərik. Almaniya ilə matç göstərdi ki, Azərbaycan doğru yoldadır".
II Bundesliqada "Ertsgebirge Aue" klubunda çıxış edən 27 yaşlı forvardı qarşıda "Sankt-Pauli"yə qarşı oyun gözləyir. Nazarov bu görüşü autsayderlikdən qurtulma anlamında vacib sayıb.
O, daha yaxşı klublarda çıxış etməli olduğuna dair sualı isə belə cavablandırıb: "Yalnız Almaniyaya qol vurmuşamsa, Çempionlar Liqasında oynamalı olduğumu deyə bilmərəm. Hazırda mən öz klubumu düşünürəm".
Qeyd edək ki, 18 komandanın mübarizə apardığı Almaniya II Bundesliqasında 25 turdan sonra "Ertsgebirge Aue" 23 xalla 17-ci pillədə qərarlaşıb. "Sankt-Pauli" isə 25 xalla 15-cidir.
İki komanda arasındakı görüş martın 31-də Aue şəhərində keçiriləcək.