Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib
Fevral 01
12:55
2017
Azərbaycan Dünya İqtisadi Forumunun 2017-ci il üzrə inklüziv artım və inkişaf hesabatında inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib.
Dünya İqtisadi Forumunun saytında yerləşdirilmiş hesabatda 79 ölkənin reytinqi əks olunub. Litva və Azərbaycan 4,73 balla inklüziv inkişaf indeksi üzrə birinci və ikinci yerlərdə qərarlaşıb.
Azərbaycan bu göstəriciyə görə Şərqi Avropanın və Cənubi Amerikanın bir sıra ölkələrini, həmçinin Rusiya, Çin, Türkiyə, Qazaxıstan, İran və digər ölkələri qabaqlayır.
Hesabatda inklüziv inkişaf indeksinə görə ölkələr beş kateqoriya üzrə bölünüb. Azərbaycan stabil ölkələr siyahısında yer alıb.
İnkişaf etmiş ölkələr üzrə reytinqə isə Norveç başçılıq edir. İlk beşliyə Lüksemburq, İsveçrə, İslandiya və Danimarka daxildir.