SON XƏBƏR

Azərbaycan dünya reytinqində irəlilədi

İyul 15
00:54 2016
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
 
Qaynarinfo.az xəbər verir ki, yığmamız 1 pillə irəliləyərək 137-ci yerə qalxıb.
 
Ölkəmizin aktivində hazırda 253 xal var. UEFA zonasında 46-cı olan təmsilçimiz köhnə potsovet məkanı ölkələri arasında da yalnız Moldova və Tacikistanı qabaqlayır.
 
Yığmamız cədvəldə Niger, Burundi, Puerto-Riko, Suriya, İraq kimi ölkələrdən geri qalır.
 
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin siyahıdakı mövqeyi belədir: Almaniya (4), Şimali İrlandiya (28), Çexiya (33), Norveç (53) və San-Marino (200).
 
Qeyd edək ki, ötən ayın çox irəliləyən komandası Yeni Zelandiya olub. 54 pilləlik sıçrayış edən bu komanda hazırda 93-cüdür. Ən pis göstərici isə Belizə məxsusdur. Bu komanda 114-cü yerdən 164-cü pilləyə yuvarlanıb.
 
Avropa çempionatının iştirakçılarından qruplarından çıxa bilməyən Türkiyə 1 (19), Ukrayna 11 (30) və Rusiya 9 (38) pillə geriləyib.
İlk "10-luq"da qərarlaşan komandalar isə bunlardır: 
 
1. Argentina (1585)
2. Belçika (1401)
3. Kolumbiya (1331)
4. Almaniya (1319)
5. Çili (1316)
6. Portuqaliya (1266)
7. Fransa (1189)
8. İspaniya (1165)
9. Braziliya (1156)
10. İtaliya (1155).
 
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini avqustun 14-də açıqlayacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook