SON XƏBƏR

Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-dən çox artıb

Sentyabr 11
13:18 2024
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 122 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.

Ötən dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin 8 ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,5 % artıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook