Azərbaycan əməkdaşlığa açıq ölkədir
Oktyabr 12
14:40
2023
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşada keçirilməsi çox mühüm hadisədir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Qarabağda baş verənlərin dünyanın diqqət mərkəzində olduğu bir vaxtda Şuşada əməkdaşlığa, iqtisadi tərəqqiyə, nəhəng iqtisadi layihələrin müzakirəsinə həsr olunmuş bir tədbir Azərbaycanın quruculuq və sülh potensialının bariz nümunəsidir.
Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğunun təmin olunmasıdır. Əks halda hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin edilməsindən söhbət belə gedə bilməz. Hazırda ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir.
Sitarə Təhməzova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru, YAP fəalı
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası yeni əməkdaşlıq imkanları ətrafında açıq və səmərəli müzakirələrin aparılması üçün əhəmiyyətli platformadır.
Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.
Erməni silahlı birləşmələri 30 ilə yaxın işğal altında saxladıqları Qarabağın şəhər və kəndlərində, eləcə də digər bölgələrdə milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, şəhər və kəndlərimizi xarabalığa çevirmişlər. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktının aşkarlanması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.
Şükürlər olsun ki, artıq uğurla icra edilən "Böyük Qayıdış” proqramı çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub və növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
Bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran, möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti bərpa etdi. Hazırda xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.
Bu tədbirin keçirilməsi dünya iqtisadiyyatına inteqrasiya olmaq, iqtisadi təcrübəni öyrənmək və təşkil etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı dünyanın sayılan beynəlxalq təşkilatlarından biri olaraq daim Azərbaycanla münasibətlərin yaxşılaşmasına önəm verib. Tədbirin Şuşada keçirilməsi də rəmzi məna daşıyır. Çünki Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Həm də tədbirin Şuşada keçirilməsi Azərbaycanın tarixi qələbəsinə olan etimaddan qaynaqlanır. Belə mötəbər bir təşkilatın öz toplantısını Şuşada keçirməsi dünya ölkələrinə, eləcə də Ermənistana bir mesajdır. Dünya ölkələri Azərbaycanı dəstəkləyir və onun siyasi-iqtisadi tədbirlərinə böyük önəm verir.Sitarə Təhməzova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru, YAP fəalı