Azərbaycan – Ermənistan: 5-1
Fevral 26
01:33
2018
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib.
Qlobal.Az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən bildirir ki, turnirdə 37 ölkədən 500-ə yaxın idmançı iştirak edib. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız 31 idmançı ilə təmsil olunub.
Apreldə Kaspiyskdə baş tutacaq Avropa çempionatı öncəsi yığma üzvlərinin sınaqdan keçirilməsi baxımından turnirin əhəmiyyəti böyük olub. Bu məqsədlə federasiya rəhbərliyi və yığma komandaların məşqçilər korpusu bütün əsas güləşçilərin turnirdə iştirakını məqsədəuyğun sayıb.
Artıq 22-ci dəfə baş tutan Kiyev turniri hər il olduğu kimi bu dəfə də gərgin mübarizələrlə yadda qalıb. Yarışda iştirak edən Olimpiya, Dünya və Avropa çempionları və mükafatçılarının çoxluğu bunu deməyə əsas verir.
Azərbaycan yığma komandasının heyəti də kifayət qədər titullu idmançılardan ibarət olub. Olimpiya və Dünya çempionumuz Şərif Şərifov, Olimpiya mükafatçısı və 3 qat Dünya çempionumuz Hacı Əliyev, Olimpiya mükafatçısı və ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov, Dünya və Avropa çempionumuz Həsən Əliyev, Olimpiya mükafatçısı Sabah Şəriəti, Avropa çempionu Rafiq Hüseynov və digər perspektivli, gənc güləşçilər yığma komandanı təmsil edib.
Güləşçilərimizdən Qalib Əliyev, Taleh Məmmədov, Elvin Mürsəliyev, Həsən Əliyev, Orxan Nuriyev və İslam Abbasov turnirdə Ermənistan təmsilçiləri ilə qarşılaşıb. İdmançılarımız bu görüşlərin beşini qələbə ilə başa vurublar.