Azərbaycan-Ermənistan sülh müqaviləsinə açılan atəşlər - Aranı kim qarışdırır?
İyun 16
12:26
2023
"Ermənistan və Rusiyada olan bəzi qüvvələr münaqişənin tezliklə həll olunmasını istəmir”.
Qaynarinfo-ya açıqlamasında bunu beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev son günlər ermənilər tərəfindən atəşkəsin pozulması hallarının müntəzəm xarakter almasına münasibət bildirərkən deyib.
"Sülh sazişi imzalanmayana qədər erməni təxribatları hələ çox olacaq. Bir sıra qüvvələr var ki, sülh sazişinin imzalanmasında maraqlı deyil. Ona görə də onlar prosesin uzanmasına çalışırlar. Ermənistan və Rusiyada olan bəzi qüvvələr münaqişənin tezliklə həll olunmasını istəmir. Ona görə ki, iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə münaqişəyə birdəfəlik son qoyulacaq və bu halda artıq Rusiyanın vasitəçiliyinə və sülhməramlılarına ehtiyac qalmayacaq”, deyə ekspert bildirib.
Ekspertə görə, gərginliyin olmasında Paşinyanın özü də müəyyən dərəcədə maraqlı ola bilər:
"Belə ki, gərginlik yaratmaqla Paşinyan danışıqlarda Azərbaycan tərəfindən bəzi güzəştlər qoparmağa çalışır. Paşinyan Zəngəzur koridorunun bütün hallarda Ermənistanın nəzarətində qalmasını istəyir. O, həmçinin delimitasiya və demarkasiya məsələsində öz xeyrinə bazarlığa getməyə çalışır.
İki ölkə arasında sülhün imzalanması çox çətin olacaq. Çünki regionda marağı olan bəzi xarici dövlətlər iki ölkə arasında münaqişənin hələ bir müddət də uzanmasını istəyir. Azərbaycan və Ermənistan rəhbərlərinin Qərbdə hər hansı bir görüşü keçirilən kimi, Rusiyanın birinci və ikinci şəxsləri tərəfindən olmasa da, dərhal onların sözçüləri tərəfindən sərt reaksiyalar gəlir. Belədə Paşinyan dərhal Moskvaya çağırılır və onu Qərbdə verdiyi bəyanatdan fərqli bəyanat verməyə məcbur edirlər. Eyni olay Qərbdə də baş verir. Görünən odur ki, sülh sazişinin imzalanması tək Bakı və İrəvanın iradəsindən asılı deyil. Ona görə də ermənilər tərəfindən törədilən təxribatlar mövcud prosesin uzadılmasına xidmət edir. Vəziyyətin belə olmasında maraqlı olan qüvvələr isə Ermənistan daxilində Paşinyan əleyhinə olanlar qüvvələr və Rusiyadır”.
Qeyd edək ki, son günlər Ermənistan və separatçılar tərəfindən təxribatlar yenidən artıb. İyunun 16-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Səhər saat 09:15-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.