Azərbaycan- Finlandiya serblərə tapşırıldı
Oktyabr 12
22:26
2015
21 yaşadək komandalar arasında Avropa çempionatının Azərbaycan - Finlandiya oyununun hakimləri açıqlanıb.
Fanat.az хəbər verir ki, UEFA matçı serb hakimlərə tapşırıb.
Qarşılaşmanı Milan İliç idarə edəcək. Ona Milan Miniçlə Srdan Milutinoviç yardımçı olacaq. Dördüncü hakim funksiyasını Robert Kiş Kepegi yerinə yetirəcək.
Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Finlandiya oyunu saat 16.00-da başlayacaq.