Azərbaycan futboluna xərclənən pulların siyahısı
İyun 19
15:46
2019
Slovakiya və Macarıstan oyununda qeydə alınan məğlubiyyətlər ölkə futbolunun yerində saydığını 10-15 il əvvəllə müqayisədə zərrə qədər də irəli getmədiyini, əksinə gerilədiyini ortaya qoymuş oldu. Artıq heç kim yığmanın bu gününə və sabahına ümid qalmayıb. Hətta sabahımız da zülmət görünür.
Çünki bərbad gündə olan təkccə əsas yığma deyil. U-17, U-19, U-21 də biabırçı durumdadır. Bu isə o deməkdir ki, ölkə futbolu düzgün idarə olunmur, uşaq futbolu lazımi yöndə inkişaf etdirilmir. Rövnəq Abdulayevin AFFA-ya prezident seçildiyi dönəmdən, yəni 2008-ci ildən futbol oynamağa başlayan 9-10 yaşlı uşaqların indi 20-21 yaşı var. Bəziləri əsas millinin, digərləri U-21-in uğurları üçün tər tökür. Amma bacardıqları yalnız tər tökməkdir. Çünki futbol oynamağı öyrənməyiblər, öyrədən olmayıb.
AFFA-nın ideoloqu Elxan Məmmədovun əlində gələn kütləvi tədbirlərin təşkili, əcnəbi qonaqların qarşılanıb yola salınması, mötəbər yarışların keçirilməsidir deyə Azərbaycan futbolu məhv olub. Həm onun, həm də rəhbəri olan R. Abdullayev üçün vacib məqam əcnəbilərin Bakıya axını və millinin özəyini oradan-buradan olanların təşkil etməsidir. Adamlar bir dəfə də, ölıkə futbolunun niyə bu durumda olması haqda düşünməyiblərsə və yeni mərhələ üçün qlobal dəyişikliklərə əl atmayıblarsa deməli bu oyunun sirlərindən xəbərsizdirlər. Əvəzində pul ayırmağın və xərcləməyin yollarını yaxşı biliurlər.
Lap uzağa getməyə ehtiyac yoxdur. Abdullayev-Məmmədov dönəmindən bu yana yəni son 11 ildə əcnəbilərin vvə yığmanln inkişafı naminə (guya) xərclənəb milyonlarab nəzər salaq. Rəqiblər təxmini hesaablama olduğundan minumumla nəzərə alacağıq ki, AFFA-da oturanların xətrionə dəyməsin. Yığmanın baş məşqçiləri millidə ən uzun dönəm Berii Foqtsa məxsusudr. Düya və Avropa çempionu yuxusnda görə biləcəyi pulları burda qazandı. Adam 2008-ci ilin aprelindən 2014-cü ilin sonuna qədər yığmanın sükanı arxasında oldu ki, onu da Azərbaycanda çalışmağa məcbur edən pul idi. Çünki o yaşda və o bacarıqda məşqçisinin ilinə heç bir ağıllı 2 milyon dollar verməzdi. Necə ki buradan gedəndən sonra hələ də baş məşqçi kimi heç kimə lazım deyildiu. İllk 2 miylon dollar 6,5 ilə 13 milyon dollar edir. Bu isə köhnə kursla (0,78) hesablayanda 10 milyon 140 manat deməkdir.
Birindən canılmız yeni qurtarmışdı ki, boğazımız başqasının əlinə keçdi. Bu dəfə pul yemək növbəsi Robvert Prosineçkiyə çatdı. Futbolçu karyerasından fərqlli, məşqçi kimi ciddi uğru olmayan xorvvatın nəsə edəcəyinə ən yaxşı halda AFFA-ya rəhbərlik edənlər inanırdı. Odur ki, onun ilinə Foqtsla müqayisədə nisbətən az 1,2 milyon ayırmışdı köməkçiləri ilə birlikdə. O da ömrünün 3 ilini Azərbaycanda keçirdi. Milliyə uğur qazndıra bilməsə də, şəxsi büdcəsini xeyli zənginləşdiridi. AFFA-dn çıxan isə, 3,6 milyon dollar-6 milyon 120 min manar oldu.
İndi isə sıra Nikolay Yurçeviçindir. Onun köməkçiləri ilə qazancı illik 1 milyon avro, yəni, 2 milyon manat nəzərdə tututlub. Artıq 6 ayı gerdiə qalıb ki, hələki bacarıqsız görünıənm mütəxəssisin artıq 1 milyon manata sahib olduğunu deyə bilərik.
Bernant Libert
2008-ci ildən sümük kimi ilişib boazımızda qalan almanın nə iş gördüyünü futbolumuzun inkişafı üçün hansı payın sahibi olduğunu AFFA-dakı himayədarlarından yaxşı bilən olmaz. Gah U-21-in baş məşqçisi oldu, gah futbol akademiyaslının rəhbərlik etdi, gah seminarlarda dərs dedi. Bütün işlərə baş soxan Lippert düz 11 ildir, Azərbaycandadır. Qeyri-rsmi mənbələrin yazdıqlarına inansaq, ildə 3 yüz min dollar qazanır. Dolların keçmiş və indiki kursunu bir-birinə qatıb hesabllasaq, 11 ilə 3,7 milyon manat edir.
Pilzer+Adam
Foqtsun sayəsində ucu qoyulan anlaşmanın digər nümayəndəliridir. Onlar da vaxtilə ölkəmizə səfər etmiş, baş bilənlərmizə futbolumuzu ağ günə çıxaracaqlarına dair söz vermişdirlər. Biri futbol yox, bodbildinq məşqçisinə oxşayırdı, digəri Azərbaycanlı məşqçilərin kateqoriya almasına nəzarət ediridi. Eyni zamanda həm də aşağı yaş qruplarından ibarət millilərə rəhbərlik edirilər. Azərbaycanda çalışdıqları müddət illəri əhatə etməsə də, az da olmadı. Hər ikisini ümüumi qazancını hesablayanda bildiyimiz minumum məbləğlə 700 min dollar, keçmiş kursla 546 min manat edir.
İdman direktorları
Uğur qazanmağın yollarını axtaran AFFA rəhbərliyi 2014-cü ildə nğvbəti addımla diqqəti çəkdi. Qərara alındı ki, futbolun inkişafını istəyiriksə, klubların futbol akademiyalarına mütləq və mütləq əcnəbi mütəxəssislər nəzarət etməlidi. Belədə müxtəlif ölkələrdən əcnəbilər buna görə Azərbaycana axın etməli olmuşdu. Daril Villard, Frank Bernartd, Torsten Spittler, Stenli Brard, Yan Versleyjen, Peter Noyştatder və başqları iş başına keçmişdi. Bəzilərinin fəaliyyət müddəti az, bəzilərininki çox olsa da, bu layihə də iflasa uğradı. Nəticədə növbə ilə Azərbaycanı tərk etməli oldular. Onların illik əməkhaqlarını isə AFFA ödəyirdi. Əlimizdə dəqiq məlumat olmasa da, onlara ümumilikdə minimum 3 milyon dollar xərcləndiyi qarışığında 3 milyon manat edir.
"Milliləşdirilənlər”
Artıq əlac qalmamışdı. Assosiasiyanın ideoloqları bu dəfə əsas yığmanın uğur qazanmasının yolunu Azərbaycana bağlılığı olan və olmayan futbolçiuların əyninə milli formanı geyindirməkdə gördülər. Elxan Məmmədovla Riad Rəfiyev gecələrini gündüzlərinə qatıb xarici ölkələrə səfər etdilər, görüşdülər, danışdılar, maraq dairəsində olan oyunçuları pul qsarşılığında yığmada oynamağa razı saldılar.
Eddi İsrafilov, Renat Dadaşov, Dmitri Nazarov, Ramil Şeydayev, Emin Mahmudov və başqları bu qəbildən olanlar idi. Biri 300 min avroya razılaşdı, bir başqası 500 minə, kimisi də Bakının mərkəzində təklif olunan mənzilə. Bu isə azı 2 milyon dollar, yəni, 3,4 milyon manat demək idi.
Berlindəki məktəb
Deyilnə görə, Almaniyanın "göbəy”ində futbol akademiyasının açılmasını AFFA-nın vitse-prezidenti Rauf Əliyev təklif edib. Elə buna görə də ora nəzarət eləmək Əliyevin ixtiyarındadır. Məqsəd Almaniyada yaşayan Azərbaycanlıları və Azərbaycana bağlı olanları həmin məktəbə cəlb etmək, futbolun sirlərini öyrətmək, qısası, gələcəkdə fayda vermələrinə çalışmaq idi.
Üstündən illər keçsə də, həmin akademiyadan 5 yox, heç 1 nəfər də çıxmadı. Və deyilənə görə, Berlindəki məktəb artıq tarixin yaddaşına qovuşub. Halbuki başlanğıcı və sonrası üçün AFFA-nın xəzinəsindən 250 min avro, yəni 500 min manat çıxmışdı. Bəlkə də bundan daha çox.
Xaricdəki toplanışlar
Bir də məşhur təlim-məşq toplantıları var. Dünyanın hansı ölkəsinə ayaq basırdınsa, qarşında ürəyinin başında AFFA-nın loqosunu gəzdirən göy maykalı futbolçular çıxırdı. ABŞ, Avstriya, Almaniya, BƏƏ, Türkiyə - daha harda hazırlıq keçilmirdi ki? Bu əsasən də Foqtsun dönəmində ənənə halını almışdı.
Toplanışlardan yığma xeyir qazanmasa da, əcnəbi təşkilatlar və hava yolları şirkətləri xeyli irəli düşdülər. Təbii, əlimizdə qəbz-faktura olmadığından, toplanışlar üçün xərclənən milyonların dəqiq rəqəmini söyləmək çətindi. Ancaq hara fırladırsan-fırlat, 2 milyon dollardan az olmadığı dəqiqdir. Bu isə köhnə və yeni kursların qarışığında elə 2 milyon manat edir.
Mükafatlar
Bir ara hamı yığmaya can atırdı. Hətta elə legionerlər var idi ki, burda daha çox oynamaqla millinin formasını əyninə keçirməyi qarşısına hədəf qoymuşdu. Çünki mümkün heç-heçə və qələbələrin, hətta ümidverici məğlubiyyətlərin qarşılığında fantastik pullar alırdılar. Bir oyuna görə 20,30,50 min manat. Hətta bəzi futbolçular 3-4 oyun qarşılığında aldığı mükafata görə özünə gələcək qururdu. Hədəf olmayan yerd AFFA rəhbərliyi ağzını açıb məşqçi və futbolçuların şəxsi büdcələrini artırmasına hər cür şərait yaradırdı.
Rövnəq Abdullayevlə Elxan Məmmədovda dəqiq say var, ya yox – bilmirəm. Amma mükafatlara azı 4 milyon manatın ayrıldığı gün kimi aydındır.
Nəticə
Göztərilən minimum məbləğ olsa da, heç də hamısı deyil. Bunu üzərinə topçiləmə və top festifallarını, aşağı yaş qruplarından ibarət yığmaya xərclənən pulları, müxtəlif layihələri əlavə etmək olar. Amma bunlarsız hesablayanda belə, əsəbdən adamın rəngi qaralır.
Təsəvvür edin ki, yuxarıda göstərilən və əsasən əcnəbilərin varlanmasına hesablanan məbləğ ümumulikdə 34 milyon manat edir.Hələ başqalarını da saya alsaq, 50 milyon manatı keçir. 11 əsas yığmanın inkişafı üçün azı 50 milyon manat xərclənibsə və bunun 30-40 milyonuna əcnəbilər sahib çıxıbsa, bundan iki qənaətə gəlmək olar. Ya AFFA-ya rəhbərlik edənlər xalqın pulunu əcnəbilərə "yedirtmək”də maraqlıdır, ya da özlərini bu işdə hansısa marağı var. Bu qədər vəsaitin qarşılığında ortada heç bir yığma səviyyəsində, heç bir uğur yoxdur. Buna rəğmən Nikola Yurçeviçlə köməkçiləri, eləcə də Bernard Lippert Bakıda kef edirsə, durum aydındır.
Halbuki hımin pula Azərbaycanda ən azı 10 dənə futbol akademiyası inşa etdirmək olardı. Neçə-neçə futbolçunun və məşqçinin futbol ölkələrində təhsil almalarına savadlarının artırılmalarına və futbol oynamalarına nail olmaq olardı. Olardı, olardı, olardı...
Ümid edək ki, günlərin birində futbola qayğı göstərən cənab Prezident AFFA-dakı əsas söz sahiblərini yanına çağırıb maliyyə ilə bağlı hesabat tələb edəcək. Və o zaman əcnəbilərə güvənənlər, dolayı yolla ölkə futbolunu məhvə sürükləyənlər gözlərini hara zilləyəcəklər, bax, o maraqlıdı...

(Mənbə: "Futbol+” qəzeti)
Qlobal.Az