Azərbaycan gömrüyündə saxta sənədlərlə Türkmənistana göndərilən tonlarla yük geri qaytarıldı - ŞOK SƏNƏDLƏR
Fevral 02
20:47
2021
Azərbaycanda fəaliyyət göstərən bir qrup iş adamı Türkmənistana məxsus olan "At-abray" və "Turkmen Line" logistika şirkətlərinin ölkəmizdəki qanunsuz və şübhəli fəaliyyətlərindən narazılıq edirlər.
Bununla bağlı Türkiyə və Azərbaycanın 10-a yaxın sahibkarı tərəfindən Demokrat.az-a şikayət müraciəti göndərilib.
Şikayətdə qeyd olunur ki, Türkmənistanda təsis edilmiş "At-abray" logistika şirkəti və onun törəmə qurumu olan "Turkmen Line" İran ərazisindən ərzaq və kənd təsərrüfatı məhsullarını Azərbaycana daşıyaraq, burada "Türkiyə məhsulları" adı ilə qablaşdırır, daha sonra isə həmin məhsullar saxta sənədlərlə Türkmənistana göndərilir.
Daşınan mallar əsasən kartof, xurma, banan, sitrus meyvələri və çay məhsullarıdır.
Sahibkarların sözlərinə görə, "At-abray" şirkəti saxtakarlığına Azərbaycana məxsus olan "İnterlogistics” MMC, "Həsənoğlu Logitrans Company" MMC, "Horizon" MMC və digər bir sıra şirkətlər yaxından dəstək verirlər. Belə ki, adları qeyd olunan şirkətlər türkmən şirkətindən alınan sifarişləri icra edərək, İran məhsullarını "Türkiyə məhsulları" kimi qablaşdırırlar. Bu prosesin başında isə "At-abray" şirkətinin dayandığı deyilir.
Şikayətçilərin sözlərinə görə, həmin şirkətlər vasitəsilə hər gün İrandan ən azı 50 TIR yük Azərbaycana gətirilir, burada gömrük sənədləri dəyişdirilərək Türkmənistana göndərilir.
Sahibkarlar sözügedən sənədlərin Azərbaycan gömrüyündə saxtalaşdırıldığını iddia edirlər və həmin sənədlərin bəzisini redaksiyamıza da təqdim ediblər.
"Bir neçə gün öncə "At-abray" şirkətinin sifarişi ilə "Həsənoğlu Logitrans Company" MMC tərəfindən türkmənistana göndərilən 1 gəmi kartof geri qaytarılıb. Artıq Türkmənistan tərəfi də Azərbaycanda gömrük sənədlərinin saxtalaşdırıldığını anlayıb və malları qəbul etməyib", - deyə sahibkarlar bildirib.
Şikayətçilər iddia edirlər ki, sözügedən şirkətlər Azərbaycanın Dövlət Gömrük Komitəsi rəhbərliyi, bilavasitə DGK-nin sədri Səfər Mehdiyev tərəfindən himayə olunur.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə informasiya sorğusu ünvanlamışıq. Yazıda adı keçən digər şirkətlərin də mövqeylərini dərc etməyə hazırıq.

Qlobal.Az