SON XƏBƏR

Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Sentyabr 01
08:54 2016
Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.
 
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.
 
66 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov ardıcıl olaraq Türkmənistan, Rumıniya, Qırğızıstan təmsilçilərini məğlub edib. Yarımfinalda Qazaxıstandan olan rəqibinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İslambek Ermənistan təmsilçisini məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.
 
84 kq çəkidə yarışan İslam Abbasov isə ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda rəqib Türkiyə təmsilçisi Ali Cengiz olub. Gərgin keçən görüşü qələbə ilə başa vuran İslam Abbasov dünya çempionatının qızıl medalını qazanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook