Azərbaycan Gürcüstanın qida istehsalı təcrübəsini öyrənir (FOTO)
Mart 03
13:34
2018
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti 26 fevral-1 mart tarixləri arasında Gürcüstanda səfərdə olub.
Oxu.Az xəbər verir ki, Gürcüstanın Milli Qida Agentliyinin fəaliyyəti ilə yaxından tanış olan Agentlik əməkdaşları səfər çərçivəsində Tbilisidə yerləşən mərkəzi ofis və Şida-Kartli regionunda olub.
AQTA-nın nümayəndə heyəti burada ət kəsimi yerləri, qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti, ticarət və ictimai iaşə obyektlərinin sanitar-gigiyenik şəraiti haqqında ətraflı müzakirələr aparıb.
Nümayəndə heyəti dörd günlük səfər çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası və Milli Şərab Agentliyi ilə də tanış olub.
Səfər çərçivəsində baytarlıq və fitosanitar sahədə həyata keçirilən dövlət nəzarəti ilə də tanış olan Agentliyin əməkdaşları, Gürcüstanda bu sahədə aparılan islahatlar barədə məlumat alıb.
Qeyd edək ki, Gürcüstan Milli Qida Agentliyi 2006-cı ildə yaradılıb, 2011-ci ildə isə fəaliyyətə başlayıb.

Qlobal.Az