"Azərbaycan haqlı mübarizəmizdə yanımızda oldu" - Kanak xalqının hüquq müdafiəçisi
İyun 25
07:48
2024
Fransa hökuməti demokratik şəkildə seçkilərdə iştirakımızı əngəlləyir. Çünki seçkilər bizim müstəqil olmağımıza imkan verə bilər.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Kanak işçiləri həmkarlar ittifaqının xarici əlaqələr üzrə koordinatoru Rok Haokas deyib.
Hüquq müdafiəçisi bildirib ki, Fransa Yeni Kaledoniya ərazisində yenidən iğtişaşları alovlandırır və bir çox siyasi fəallar həbs edilib:
Qeyd edək ki, Fransa 1853-cü ildə Yeni Kaledoniyanı özünün müstəmləkəsi elan edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Fransa isə hər vəclə bunun qaşısını almağa çalışır. Adanın aborigen sakinləri ilə gəlmələr arasında tez-tez yaranan ixtilaflardan sui-istifadə edən Fransa hakimiyyəti müstəqillik ideyalarını boğmağa çalışır.
Hüquq müdafiəçisi bildirib ki, Fransa Yeni Kaledoniya ərazisində yenidən iğtişaşları alovlandırır və bir çox siyasi fəallar həbs edilib:
"Onların başına nə gələcəyini bilmirik. Yeni Kaledoniya sakinlərinin, xüsusən əsas etnik qrup olan kanak xalqının nümayəndələrinin müstəqillik ümidləri təzyiq altındadır".
R.Haokas qeyd edib ki, iyunun 30-da Fransada növbədənkənar parlament seçkiləri keçiriləcək və hazırda ölkədə siyasi narahatlıq ən yüksək səviyyədədir: "Hava limanları bağlanılır, siyasi fəallar həbs olunur, uşaqlar, qadınlar, yaşlılar polis tərəfindən şiddətə məruz qalır və öldürülürlər. Fransanın Yeni Kaledoniyadakı zülmünə son qoyulması üçün biz bütün gücümüzlə mürarizə aparacağıq. Ötən müddət ərzində Azərbaycan höküməti bizim haqlı mübarizəmizdə yanımızda oldu. Mənim ölkəm böhran içindədir və biz Azərbaycandan yenə də kömək istəyirik. Ümid edirik ki, Bakı Təşəbbüs Qrupu bizim bu haqlı mübarizəmizi BMT-yə üzv olan ölkələrə çatdıracaq və beynəlxaq hüquq Fransanın bu əməllərini dayandıracaq".