Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Sentyabr 09
19:46
2023
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb.
İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə nazirinin müavini iranlı qonaqları salamlayaraq dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Baş direktor Birgə Komissiyanın ölkəmizdə keçirilən işçi görüşünün ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.
Sonra Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair "Birgə komissiya”nın 3-cü iclası keçirilib.