SON XƏBƏR

“Azərbaycan İpoteka Fondu” növbəti hərrac keçirəcək

İyun 06
16:42 2017
İyunun 8-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu” ASC–nin (AİF) AZ2017008684 dövlət qeydiyyat nömrəli, adlı, sənədsiz, faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
 
BFB-dən bildiriblər ki, istiqrazların hərraca çıxarılan həcmi (nominal qiymətlə) 10 milyon manat, bir istiqrazların nominal qiyməti 1000 manat, tədavül müddəti 7560 gün, istiqrazlar üzrə gəlirlilik 3 faizdir.
 
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1005.25 manat təşkil edəcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
 
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər” bölməsində yerləşdirilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook