Azərbaycan iqtisadiyyatı 3% böyüyüb
Aprel 17
13:10
2019
Bu ilin yanvar-mart aylarında ölkədə 18 111,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% çox ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, ÜDM istehsalının 46%-i sənayenin, 10,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5%-i tikintinin, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 16,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1 835,1 manata bərabər olub.