Azərbaycan iqtisadiyyatının itkisi nə qədər olacaq? (ŞƏRH)
Aprel 27
14:52
2020
"İqtisadiyyatın 5,3 milyard manata yaxın itkisi olacaq".
Qaynarinfo xəbər verir ki, bunu iqdisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat naziri Mikayıl Cabbarovun "Azərbaycan iqtisadiyyatı karantin tədbirlərinə görə gündə 120-150 milyon manat itirir" fikrini şərh edərkən deyib. Ekspert qeyd edib ki, ümum daxili məhsul ciddi şəkildə aşağı düşüb:
"Mikayıl müəllim, yəqin ki, aprel ayının 1-dən itkiləri hesablayır. Halbuki fevraldan turizm, martın ortasından isə ictimai iaşə və qeyri-ərzaq ticarət obyekləri artıq müştərisiz qalıb. Karantinin may ayının 4-də bitməsi gözlənilir, deməli, iqtisadiyyatımızin 5,3 milyard manata yaxın itkisi olacaq. Fevral-mart aylarında olan yavaşlamanı da hesablasaq, karantinin sonuna 6 milyard manat itki gözlənilir. Bu hökumətin, büdcənin itkisi deyil, iqtisadiyyatın itkisidir. Yəni, əlavə dəyər yaranmır, ticarət və xidmət zəifləyir, deməli, ÜDM (ümum daxili məhsul) ciddi aşağı düşür".
Natiq Cəfərli bildirib ki, ötən il ölkənin ÜDM-i 81 milyard manat olub:
"Deməli, 6 milyard manat sırf karantin günlərində itirmişik. Amma karantindən çıxma mərhələli olacaq. Hətta karantin tam bitəndən sonra belə bir çox sahələr aylarla özünə gəlməyəcək. Məsələn, tirizm ili itirildi, ictimai iaşə və qeyri-ərzaq ticarəti obyektlərinin dövriyyəsi və gəliri kəskin azalacaq (çünki insanların davranış qaydaları dəyişir -dəyişəcək), bir çox xidmət sahələrində də axsamalar olacaq. Bunun üzərinə neftin qiymətinin kəskin enməsinin ÜDM-ə təsirlərini də gəlsək, vəziyyət lap gərginləşir. Bir sözlə, bu il Azərbaycanda iqtisadiyyatın daralması ikirəqəmli ola bilər. Bu, çox ciddi problemdir".
Natiq Cəfərlinin fikrincə, son 20 ildə 3 böhran dalğası olub:
"Hamısında toparlanmanın daha tez olduğunu görmüşük, bir tək neftdən asılı ölkələrin toparlanması isə ancaq və ancaq neft qiymətlərinin yüksəlməsi hesabına olub. Bu gün yaranan unikal vəziyyət isə onu deməyə əsas verir ki, post-pandemiya dövründə institutlaşmış ölkələr toparlanmağa başlayanda, dünya iqtisadiyyatı dirçəlməyə başlayanda da neft qiymətləri hələ 1,5 il (ən azı) aşağı səviyyədə olacaq".