SON XƏBƏR

Azərbaycan, İran və Gürcüstanın enerji sistemləri birləşdiriləcək

Sentyabr 25
00:43 2018
Azərbaycan-İran-Gürcüstan elektrik dəhlizinin yaradılması prioritet məsələlərdən biridir.

Bunu Trend-ə Azərbaycan Energetika Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər: "Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerjisi idxal-ixracının mövcud texniki gücü 650 meqavatt, Azərbaycan və İran arasında 400 meqavatt təşkil edir. Bu güclərin artırılması ilə bağlı tədbirlər aparılır, həmçinin Azərbaycan-İran-Gürcüstan enerji dəhlizinin inkişafı üzrə danışıqlar gedir”.

Qeyd olunub ki, hazırda Rusiya Energetika Nazirliyi ilə "Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi barədə danışıqlar aparılır:

"Azərbaycan, Rusiya və İran energetika nazirləri müavinlərinin bu ilin aprelində Bakıda keçirilmiş üçtərəfli görüşü zamanı Azərbaycan və Rusiyanın enerji sistemləri arasında 330 kilovoltluq "Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi ilə bağlı tədbirlər barədə razılıq əldə edilib. Bu razılıq əsasında işçi qrupu çərçivəsində iki ölkə nümayəndələri arasında müzakirələr davam etdirilir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook