Azərbaycan İslamiadada 67-ci qızıl medalını qazandı
May 21
14:22
2017
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 67-ci qızıl medalını qazanıb.
Trend-in məlumatına görə, 53 kq-da mübarizə aparan qadın güləşçimiz Leyla Qurbanova hər iki görüşünü qələbə ilə başa vuraraq İslamiadanın qalibi olub.
L.Qurbanova ilk görüşündə türkiyəli Burcu Kebic (4:0 - tuşe), ikinci qarşılaşmada isə Qazaxıstan idmançısı Aygül Nuralim üzərində (8:0) qələbə qazanaraq qızıl medala sahib olub.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.