SON XƏBƏR

Azərbaycan klubu üçün Portuqaliyadan aşbaz gətirildi

Mart 15
14:12 2016
Azərbaycanın "İnter" klubunda islahatlar davam edir.
 
Qaynar.info xəbər verir ki, yeni rəhbərliyin "İnter"in sükanı arxasına keçməsindən sonra klubdakı maddi durum demək olar ki, qaydasındadır.
 
Vaxtlı-vaxtında maaşlarını alan futbolçulara artıq əvvəlki kimi qələbəyə görə mükafatların verilməsi də nəzərdə tutulub. Üstəlik, "İnter" sabiq futbolçularına, məsələn, hazırda "Qarabağ"da çıxış edən Coşqun Diniyev və Azər Salahlıya ötən mövsüm ala bilmədiyi 3 aylıq maaşını hissə-hissə ödəyir.
 
Yaxınlarda "İnter"in mühafizə xidməti göstərən bir şirkətlə müqavilə bağladığını xəbər vermişdik. Bu dəfə daha maraqlı və bir qədər də qeyri-adi xəbər əldə etmişik. Əldə etdiyimiz bilgiyə görə, "İnter"in yeni rəhbərliyi futbolçuların yaxşı qidalanması üçün Portuqaliyadan aşbaz dəvət edib. Ötən aydan iş başında olan əcnəbi aşbaz və onun azərbaycanlı köməkçiləri "İnter"in futbolçularının qidalanması üçün əlindən gələni edir.
 
Azərbaycanlı baş aşbazın işdən çıxarılmasının səbəbi isə mətbəxdə və xörək bişirilən yerdə sanitariya qaydalarına əməl etməməsi olub. Bu üzdən şəxsən "İnter"in prezidenti Rəşad Qasımov onun işdən uzaqlaşdırılmasına dair qərar verib və antisanitariya hökm sürən yerlərdə təmizlik işlərinin aparılmasını əmr edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook