SON XƏBƏR

Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının ilk iclası keçiriləcək

İyun 10
12:00 2016
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası iyunun 14-də Seulda keçiriləcək.
 
Ölkəmizin Koreya Respublikasındakı səfirliyindən verilən məlumata əsasən, ilk iclasda iştirak etmək üçün komissiyanın Azərbaycan tərəfdən tərkibi iyunun 14-15-də Seulda səfərdə olacaq. İclasla yanaşı, bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
 
Qeyd edək ki, 2006-2014-cü illərdə Azərbaycan və Koreya arasında ticarət və investisiya, sənaye, enerji və resurslar, tikinti, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı kimi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən iqtisadi əməkdaşlıq üzrə işçi qrupu fəaliyyət göstərib. Həmin müddətdə işçi qrupunun Bakıda və Seulda 4 iclası keçirilib. "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq 2015-ci ildə Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb. Komissiyanın Azərbaycan tərəfdən həmsədri rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Koreya tərəfdən isə ticarət, sənaye və enerji nazirinin müavini Vu Teheedir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook