SON XƏBƏR

Azərbaycan milisinin futbolçusu məhkəmə qarşısında: 3 il həbs oluna bilər

Oktyabr 06
09:43 2020
İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə futbolbalear.es nəşri məlumat yayıb. Futbolçumuz komanda yoldaşlarının cinsi əlaqə videosunu yaymaqda ittiham olunur. Belə ki, 28 yaşlı yarımmüdafiəçinin 2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaydığı bildirilir.

Günahı sübuta yetirilərsə, Eddi 3 il azadlıqdan məhrum edilə bilər. Onunla yanaşı, Enriç və Luna da məhkəmə qarşısına çıxarılacaq. Hər iki futbolçunu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook