SON XƏBƏR

Azərbaycan Milli İncəsənət Muzeyində “Naxış”ını seç” - moda nümayişi keçiriləcək

Yanvar 09
10:34 2016
Yanvarın 16-da saat 19-da Azərbaycan Milli İncəsənət Muzeyində "Naxış” atelyesinin ilk sərgisi və təqdimatı keçiriləcək.
 
Qlobalinfo.az xəbər verir ki, "Naxış”ını seç” devizi altında baş tutacaq dəfilədə atelyenin bir-birindən zərif, fərdiliyi önə çəkən geyimlərindən ibarət yeni kolleksiyası nümayiş olunacaq. Sərgidə atelye həmçinin 2016-cı ilin yaz-yay geyimlərini də təqdim edəcək. "Naxış” atelyesində bir nümunədə hazırlanan paltarlar təkrarolunmaz naxışlarla bəzədilir, rənglərinin harmoniyası isə xanımları diqqət mərkəzində saxlayır.
 
Geyimlərin tikildiyi parçalar Paris və Milandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. Atelyedə bildiriblər ki, parçaların keyfiyyəti, orijinallığı vurğulayan naxışlar, incə formalar istənilən xanımı diqqətdə saxlaya biləcək. Belə geyimlər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək üçün ən yaxşı seçimdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook