SON XƏBƏR

Azərbaycan millisi EURO-2020-yə vəsiqə uğrunda mübarizə aparacaq

Fevral 12
13:09 2019
Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunan Nikola Yurçeviç Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirib.

Sualları cavablandıran mütəxəssis qeyd edib ki. onun AFFA ilə müqaviləsi bir illik bağlanıb. "Lakin sözləşmənin növbəti tsikl üçün daha 2 il uzadılmasına dair bənd var”, - Yurçeviç əlavə edib.

Komandanın Avropa çempionatının seçmə mərhələsindıəki məqsədlərindən danışarkən xorvatiyalı məşqçi qeyd edib: "İlk növbədə, komandamıza inanmalıyıq. Qrupumuzun favoriti Xorvatiya yığması FIFA reytinqində 4-cü yerdədir. Bizim göstərici isə elə də yaxşı deyil. Lakin yaxşı nəticə qazanmaq üçün çalışmalıyıq”.

Onun sözlərinə görə, martın 21-də Xorvatiya ilə səfər oyunu öncəsi nəzərində 20 futbolçu var.

"Əsas məqsəd oyundan-oyuna inkişaf etmək və AVRO-2020-yə vəsiqə qazanmaqdır. Avropa çempionatına çıxmaq üçün vuruşacağıq. Bilirəm, çətindir. Amma əlimizdən gələni edəcəyik”, - Yurçeviç deyib.

Müqavilə üzrə alacağı məvacib barədə suala mütəxəssis qısa şıəkildə cavab verib: "Bu məsələ ilə bağlı federasiya rəsmiləri ilə 2-3 dəqiqə söhbətim olub. Maliyyə şərtlərini müqavilə bağlanılandan sonra AFFA rəsmilərindən soruşa bilərsiniz”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook