SON XƏBƏR

Azərbaycan millisi FİFA reytinqində 45 pillə irəliləyib

Oktyabr 20
14:02 2016
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisi siyahıda ötən ayla müqayisədə 45 pillə irəliləyib.

Sentyabr siyahısında 133-cü pillədə qərarlaşmış Robert Prosineçkinin rəhbərlik etdiyi komanda bu dəfə 404 xalla 88-ci pillədə yer alıb. Milli komanda 2018-ci dünya çempionatının seçmə qrup mərhələsində San Marinonu səfərdə, Norveç yığmalasını isə evdə 1:0 hesabı ilə məğlub edib. Çexiya ilə səfər oyununda isə qolsuz heç-heçə əldə olunub.

Azərbaycanın seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya yığması 1 pillə irəliləyərək 1465 xalla 2-ci yüksəlib. 6 pillə geriləyən Şimali irlandiya 739 xalla 36-cı, 11 pillə geriləyən Norveç 438 xalla 81-ci, 7 pillə geriləyən Çexiya 663 xalla 40-cı pillədədir. Aktivində 17 xal olan San Marino yığması isə 201-ci pillədə qərarlaşıb.

Dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması 594 xalla 15 pillə geriləyərək 53-cü pillədə dayanıb. 4 pillə geriləyərək 25-ci olan Türkiyənın aktivində isə 843 xal var. Siyahıya yenə Argentina yığması başçılıq edir. Bu komandanın hesabında 1621 xal var. 
 
Qeyd edək ki, növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, ötən ayla müqayisədə 45 pillə irəliləyən Azərbaycan milli komandası 404 xalla 88-ci pillədə qərarlaşıb.
 
Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook