SON XƏBƏR

Azərbaycan Millisi qələbə qazanaraq növbəti oyuna çıxdı

Oktyabr 12
00:15 2016
Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, Azərbaycan millisi də növbəti oyununa çıxıb.

Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olub. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da 1 xal qazanıb.

Qeyd edək ki, bu komandalar indiyədək cəmi bir dəfə üz-üzə gəlib. 2009-cu ildə BƏƏ-də keçirilən yoldaşlıq görüşü millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

11 oktyabr

22:45. Çexiya – Azərbaycan - 0:0 
Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali (Sloveniya)
Ostrava. "Vitkovitse” stadionu

****
23:55
 
Azərbaycan - Çexiya görüşündə birinci hissə qolsuz bərabərliklə başa çatıb. Hazırda oyunun ikinci hissəsi gedir. Hesab açılmayıb.

***
Oyunun əsas vaxtında hesab açılmayıb. Hakimin əlavə etdiyi 5 dəqiqə vaxt da qolsuz başa çatıb. Beləliklə millimiz stadiondan 1 xalla ayrılaraq ümumi xalını 7-ə yüksəldib.

Qeyd edək ki, müstəqillik dövrümüzdə Azərbaycan millisi ilk dəfədir 3 oyunda 7 xal toplayır. Bu, futbol tariximizdə bir rekorddur. Bununla yanaşı, millimiz ilk dəfədir ki, 270 dəqiqə ərzində qapısından qol buraxmır. Bu isə Kamran Ağayevin rekordudur.


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook