"Azərbaycan millisinə qalib gəlməmək utancverici idi"
Mart 29
09:18
2016
"Almaniya ilə oyun bizim üçün yaxşı stimul olacaq. Bu görüş rusiyalı futbolçuları yoxlamaq baxımından böyük imkandır".
Qol.az-ın məlumatına görə, bu sözləri Rusiyanın U-21 yığmasının baş məşqçisi Nikolay Pisarev ölkəsinin mətbuatına açıqlamasında deyib.
Rusiya millisi "Avro-2017"nin seçmə mərhələsində bu gün Almaniya yığması ilə qarşılaşacaq. Pisarev bu matçöncəsi Azərbaycan millisi ilə 2:2 bərabərə qaldıqları oyuna da toxunub:
"Əlbəttə, Almaniya millisi matçın favoritidir. Rəqib hücumameylli futbol sərgiləyir və çox qol vurur. Əbəs yerə almanlar hazırda turnir cədvəlinə başçılıq etmir. Onlarla görüş daha maraqlı keçəcək. Düşünürəm ki, Azərbaycanla görüşlə müqayisədə almanlara qarşı oynamaq daha asan olacaq. Çünki Azərbaycan millisi bütünlüklə müdafiə olunurdu. Belədə rəqibin müdafiəsini yarmaq futbolda ən çətin işdir. Azərbaycan yığmasına qalib gəlməmək utancverici idi. Son oyunları analiz etdik və aydın oldu ki, standart vəziyyətlərdən qol buraxmaq problemimiz var. Amma düşünürəm ki, Almaniya ilə oyuna hazırıq".
Qeyd edək ki, bu gün keçiriləcək Rusiya - Almaniya oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qlobal.az