Azərbaycan millisinin baş məşqçisi: "Əla oynadıq"
Mart 28
09:16
2023
"İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi”.
İtaliyalı mütəxəssis ikinci qolun həlledici olduğunu bildirib: "İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız oldu. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi”.
67 yaşlı mütəxəssis sona yaxın gənc oyunçulara şans verdiyini vurğulayıb: "Birinci hissədə rəqibi çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci hissədə gənclərə şans verdim. Başa düşürəm ki, nəticə acınacaqlıdır. Amma uşaqlara deyiləcək heç nə yoxdur”.
Baş məşqçi futbolçularının buraxılan qollardan sonra həvəsdən düşməməsini istəyib: "0:2 hesabından sonra ruhdan düşməməliyik, əmin olmalıyıq ki, nəticəni dəyişmək olar. Bunu etməyi bacarmalıyıq”.