SON XƏBƏR

Azərbaycan millisinin rəqibinin baş məşqçisi müəyyənləşib

Yanvar 13
00:45 2018
Futbol üzrə Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Moldova yığmasının baş məşqçisi müəyyənləşib. "Report"un Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Aleksandr Spiridondur.
 
58 yaşlı mütəxəssislə 1+1 sistemi üzrə müqavilə imzalanıb. Spiridona Andrey Martin və qapıçılarla işləyən məşqçi kimi Sergey Botnaraş yardımçı olacaq. Daha 2 məşqçinin adı isə yaxın vaxtlarda açıqlanacaq.
 
Təlim-məşq toplanışına yanvarın 13-də başlayacaq Moldova yığması yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə qarşılaşacaq. Hər iki görüş Türkiyənin Antalya bölgəsində baş tutacaq.
 
 
Qeyd edək ki, Aleksandr Spiridon əvvəllər də Moldova yığmasında çalışıb. Onun 2001-ci ilə təsadüf edən debüt matçında məhz Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə əldə olunub. Spiridon Moldovanın gənclər yığmasında, yerli "Tiliqul", "Nistru", "Zimbru" klublarında da çalışıb. Təcrübəli mütəxəssis 2004 - 2016-cı illərdə Ukrayna "Şaxtyor"unda, 2016-cı ilin mayından 2017-ci ilin mayınadək isə Rusiya "Zenit"ində baş məşqçi Mirça Luçeskunun köməkçisi olub. Hazırda Luçesku Türkiyə yığmasına rəhbərlik edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook